Prezidentin islahatlar planına nələr daxildir?
Bu plana nələr daxildir? Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin apardığı analizə görə, islahatlar planına qısaca olaraq bunlar daxildir:
- İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və rifah halının daha da yaxşılaşdırılması;
- Süni bahalaşmaya qarşı ciddi mübarizə aparılması;
- Bir-birini təkrarlayan və lazımsız dövlət qurumlarının birləşdirilməsi, və ya ləğv olunması;
- Valyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi;
- Beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması;
- İqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər;
- Bankların sağlamlaşdırılması prosesinin aparılması;
- Dövlət istiqrazlarının buraxılması;
- Əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsi;
- Xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resurslarının Azərbaycan bazarına cəlb edilməsi;
- Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin verilməsi;
- Sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq, regionlara qoyulan investisiyanın həcmini təxminən 1 milyard manata çatdırmaq;
- Tikinti sahəsində iş adamlarına şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması;
- İpoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi.
AzVision.az