Nazirlik gənclərə dəstək olacaq

Nazirlik gənclərə dəstək olacaq
  04 İyul 2013    Oxunub:1095
“Azərbaycanda gələcək 8-10 il iqtisadi inkişafın əsas istiqamətlərindən biri də innovativ sahibkarlığın inkişafıdır. Bu istiqamətdə start up kimi kompaniyaların inkişafına böyük ehtiyac var".
AzVision.az-ın məlumatına görə bu fikirləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyalari naziri Əli Abbasov deyib.

O vurğulayıb ki, Azərbaycanda intellektual potensiala malik olan gənclər var:

"Bu gənclər iqtisadiyyatda öz bizneslerini qurmaq üçün müxtəlif istiqamətlər axtarırlar. Belə bir sahənin inkişafı üçün onlara xüsusi şərait lazımdır.

Startup layihələri üçün bizim atdığımız addımlar ondan ibarətdir ki, onları investisiya vəsaitləri ilə güzəştli şəraitlərlə təmin edək və onların inkişafı üçün müxtəlif istiqamət açaq.

Nazir bildirib ki, bu gün tədbirdə bir çox startup layihələrinin müzakirəsi olacaq:

"Onların təklifləri, keçirdikləri sorğularla bağlı fikir mübadiləsi olacaq. Bu layihələrə ayrılan vəsaitə gəlincə, bunun üçün xüsusi fondlar var, onlardan biri də İKT-nin inkişaf fondudur. Texnoparkların yaradılması, onlara vergi güzəştlərinin yaradılması və ən əsası investorlarla onları yaxınlaşdırmaq, layihələrinə investisiya qoyuluşunu həyata keçirilməsi bu işin bir hissəsidir".

Nazir sahibkarlıqla məşğul olmaq istəyən gənclərin əsas ehtiyaclarından da danışıb:

"Onların esas ehtiyacı layihələrinə investisiya qoyulmasıdır. Rəqabət mühitindir, müəyyən problemlər yaşaya bilər. Bundan başqa ideyaların gerçəkləşdirilməsində problemler ola bilər. Bu istiqamətdə biz onlara kömək edəcəyik".

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti