İlham Əliyev binanın açılışında

İlham Əliyev binanın açılışında
  03 İyul 2013    Oxunub:985
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin binanın qarşısında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsində yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ikimərtəbəlidir.

Birinci mərtəbədə geniş foye, iş otaqları, ikinci mərtəbədə iş otaqları, konfrans zalı və 120 nəfərlik iclas zalı vardır. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin mənalı həyat yolunun və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər asılmışdır.

Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti