Azərbaycan telekanalı sizə fransız dilini öyrədəcək

Azərbaycan telekanalı sizə fransız dilini öyrədəcək
  07 Yanvar 2016    Oxunub:4525
CBC telekanalında ilk dəfə “Fransız dili dərsləri: Classe” tədris proqramı yayımlanacaq. Bu telelayihə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR, Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi və Bakı Fransız Liseyinin dəstəyi ilə həyata keçirilir.

Telelayihənin məqsədi fransız dilini müstəqil surətdə öyrənmək istəyənlərə kömək etməkdir. Fransız dili dərsləri bu xarici dili öyrənməyə başlayanlar üçün nəzərdə tutulub. Tədris metodikasının əsas prinsipləri geniş istifadə edilən leksika, qrammatika qaydaları və dilin təsviri-hissiyat səviyyəsində qavranılması üzərində qurulub.

Telelayihədə Bakı Fransız liseyinin müəllim və şagirdləri iştirak edirlər. Bu layihə CBC telekanılın Bakı Fransız Liseyi ilə həyata keçirdiyi ilk birgə layihədir.
Hər bir dil – dünyaya bir pəncərədir. Xarici dili öyrənərkən hər bir kəs özü üçün yeni perspektivlər və imkanlar aşkar edə bilər.

“Classe” tədris proqramının ilk buraxılışını yanvarın 9-da Bakı vaxtı ilə saat 20:20-də CBC telekanalında izləyə bilərsiniz.




Teqlər:





Xəbər lenti