Yeni peyklərimiz hazırlanır

Yeni peyklərimiz hazırlanır
  03 İyul 2013    Oxunub:1338
“Azərbaycanın ilk peyki olan AzerSpace 1 ildir artıq fəaliyyətdədir. Azərnbaycanın yerli kanalları bu peyk vasitəsilə yayımlanmağa başlayıb”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və inofrmasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

O vurğulayıb ki, Azərbaycanın növbəti peyklərinin hazırlanması üzrə işlər gedir:

“Plana uyğun olaraq 2015-ci ildə yer səthinin tədqiqatları məqsədilə peykimizin orbitəçıxarılması gözlənilir. Eyni zamanda 2016-cı ildə nöpvbəti telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır”.

Optik xəttlərin istehsalı ilə bağlı zavodun açılması layihəsindən danışarkən nazir müavini bildirib ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edir:

“Azərbaycan Avstriya tərəfi ilə də əməkdaşlıq edir. Avstriya mütəxəssislərinin ölkəmizə səfəri zamanı müxtəlif layihələr müzakirə olunub. Bu layihələr sırasında hiberoptik xətlərin istehsalı ilə məşğul olan müəssisənin yaradılması layihəsi də var idi. Amma hazırda bu məsələ araşdrılma səviyyəsindədir”.

E.Vəlizadə vurğulayıb ki, Azərbaycanın böyük planları var: “Yaxın illər ərzində bu planlar çərçivəsində azərbaycanən telekommunikasiya şəbəkəsində mpvcud olan hidrooptik infrastruktur daha da genişləndirilməlidir. Bütün kəndlərimiz artıq hidropoptik xətlərlə təmin edilməlidir. Kəndlərimizin artıq 40%-ə yaxını hidrooptik xətlərlə birləşiblər. Digərlərinin isə birləşməsi layihə çərçivəsində həyata keçəcək”.

Dövlət Neft Fonduna 103 milyon manatın ayrılmasına gəlincə isə nazir müavini deyib ki, hazırda bu məsələyə baxılır.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti