Vasif Talıbov “Buzxana” ilə tanış olub

Vasif Talıbov “Buzxana” ilə tanış olub
  03 İyul 2013    Oxunub:1412
İyulun 2-də Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi bərpa işlərindən sonra istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Naxçıvan memarlıq məktəbinin inkişaf dövrünün yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. “Buzxana”nın əsas hissəsi yerin altında yerləşir. Havalanma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan vermişdir.Buzxana” həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi-mədəniyyət nümunəsidir. 2012-ci ildən başlayaraq “Buzxana” tarixi memarlıq görkəmi saxlanılaraq bərpa olunmuş, burada milli mətbəx yaradılmışdır. Bərpa olunmuş tarixi abidədə Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin zəngin nümunələri təbliğ olunacaq, gələn qonaqlara milli yeməklərimiz təklif ediləcəkdir. Milli mətbəxdə eyni vaxtda 72 nəfərə xidmət göstərilməsi üçün şərait yaradılmış, 9 nəfər işlə təmin olunub.


Teqlər:





Xəbər lenti