İtən neftçilərdən daha birinin cəsədi tapıldı

İtən neftçilərdən daha birinin cəsədi tapıldı
  04 Yanvar 2016    Oxunub:4578
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, meyit yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı “Kursor” gəmisi Xəzər dənizinin Türkmənistan sahillərindən 65 kilometr uzaqda kişi cəsədi aşkar edib.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində “Azneft“ yazısı müəyyən edilib.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti