Yasamalda civə həyəcanı

Yasamalda civə həyəcanı
  04 Yanvar 2016    Oxunub:1867
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olub.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 16:40-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti