Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolu açıldı
  31 Dekabr 2015    Oxunub:2226
Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib. Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.

Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.


Teqlər:





Xəbər lenti