Azərbaycanda 2 mindən çox insan zəhərlənib

Azərbaycanda 2 mindən çox insan zəhərlənib
  08 Dekabr 2015    Oxunub:2123
Dəm qazından zəhərlənmə, ilan və əqrəb sancma, üzvü zəhərlənmələr, dərman preparatından zəhərlənmə, pestisid zəhərlənmə diaqnozu il ərzində Toksikologiya şöbəsinə orta hesabla 2000-2100 xəstə müraciət edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, zəhərlənmə halı orqanizmə zəhərli maddənin daxil olması ilə baş verir.

Zəhərlənmə şəxsin qəsdən və ya bilməyərəkdən qəbul etdiyi istənilən kimyəvi maddə, dərman preparatı, adi məişətdə istifadə etdiyimiz məhsuldan baş verə bilər.

Bu ilin doqquz ayı ərzində Kliniki Tibb Mərkəzinin Toksikologiya şöbəsinə 1804 xəstə daxil olub. Onlardan evdə lazımi şəraitdə saxlanmamış və istifadə müddəti bitmiş dərman preparatlarından zəhərlənmə diaqnozu ilə 700-ə yaxın xəstə, alkoqol ilə zəhərlənmələrlə – 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə – 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə – 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə - 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmərlə – 249 хəstə, pestisidlərlə zəhərələnmələrlə - 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələr – 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələr – 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə – 236 xəstə daxil olub. Vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

AzVision.az




Teqlər:  





Xəbər lenti