Paşinyan: "Nə qədər ki, Lukaşenko prezidentdir, Belarusa getməyəcəyəm"

      Paşinyan:    "Nə qədər ki, Lukaşenko prezidentdir, Belarusa getməyəcəyəm"
  13 İyun 2024    Oxunub:1321
Ermənistanın baş naziri Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə bağlı sərt açıqlamalar verib.
O, Lukaşenkonun Belarus rəhbəri olduğu müddətdə heç vaxt bu ölkəyə səfər etməyəcəyini deyib.

Paşinyan barmaqları qopan etirazçıdan danışdı: "Özü əlinə götürüb!"
Baş nazir həmçinin müxalifətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) ilə bağlı hökumət proqramını həyata keçirməməsinə dair ittihamlarına da cavab verib.

Paşinyan qeyd edib ki, 2021-ci ildə hazırlanan məlum proqramda bildirilir ki, İrəvan KTMT mexanizmlərindən ölkənin maraqları naminə istifadə etməyə çalışmalıdır: "KTMT üzvlərindən biri 44 günlük müharibəyə hazırlıqda iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Və bundan sonra Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəmmi? Ancaq bəyan etmək istəyirəm ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyəm. Həmçinin, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Belarus  





Xəbər lenti