Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində tanıdılır

Azərbaycanın turizm imkanları Yaxın Şərq ölkələrində tanıdılır
  13 İyun 2024    Oxunub:878
Azərbaycan Turizm Bürosu 11-14 iyun tarixlərində "Dnata" şirkətinin təşkil etdiyi "Ahlan Arabia" adlı silsilə tədbirlərdə iştirak edir.
Silsilə tədbirlər Kevytin Küveyt, Qətərin Doha və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində keçirilir. Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub.

İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub.

Bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 39%-dən çox artımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti