Mustafa Dənizli “Qalatasaray”da

Mustafa Dənizli “Qalatasaray”da
  20 Noyabr 2015    Oxunub:2045
Türkiyənin “Qalatasaray” klubu Mustafa Dənizlini baş məşqçi gətirir.
Yerli mətbuatın məlumatına görə, artıq klub rəhbərliyi onunla razılıq əldə edib və bu günlərdə rəsmi açıqlama veriləcək.

2013-14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizli 1987-1989 və 1990-1992-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub.

O, bu müddət ərzində klubla 4 kubok qazanıb.

Xatırladaq ki, klubun keçmiş baş məşqçisi Həmzə Həmzəoğlu dünən istefaya göndərilib.


Teqlər:





Xəbər lenti