Dövlət Komitəsinin sədri 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib

Dövlət Komitəsinin sədri 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib
  12 İyun 2026    Oxunub:173
Dövlət Komitəsinin sədri 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib .
İyunun 11-də Almaniya Federal Parlamentinin tarixi Reyxstaq binasında 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Almaniya Bundestaqının vitse-prezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.

Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Berlin Toplantısı qlobal əhəmiyyətli siyasi, sosial və humanitar məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Yubiley toplantısında dünyanın 50-dən çox ölkəsindən parlament üzvləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif din və konfessiyaların rəhbərləri iştirak edirlər.

Tədbirin məqsədi siyasi, dini və ideoloji baxışlarından asılı olmayaraq qlobal liderlər arasında açıq və konstruktiv dialoqu təşviq etmək, beynəlxalq əməkdaşlığın inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.

Toplantı iyunun 12-də panel müzakirələri ilə işini davam etdirir. “Din və etiqad azadlığı sahəsində artan qlobal çağırışlar” mövzusuna həsr olunmuş panel iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib.

Qalereya




Teqlər:



Xəbər lenti