Təklikdən bezən oğlan pizza ilə evləndi – FOTO
Tomsk sakini təklikdən bezdiyi üçün belə bir addım atmağa qərar verib.
“Bir an mən anladım ki, bütün dostlarımın yarısı ailə həyatından, digər yarısı isə təklikdən şikayət edirlər. İnsanlar arasında sevgi çətindir. Yeməyə olan sevgi isə daimidir. Pizza sənə xəyanət etməyəcək. Mən isə onu həqiqətən və səmimi olaraq sevirəm”, - deyə Tomsk sakini bildirib.
Pizza evi gənc oğlan və onun “sevgilisi”nin nikahını kəsib. “ZAQS” işçilərinin əvəzinə nikah haqqında şəhadətnaməni cütlüyə pizza evinin aşpazı və menecerləri verib. Bundan sonra bəy əlindəki “gəlin”lə birgə fotosessiya edib.
Eldar Tanrıverdiyev
AzVision.az