Millimiz yenə uduzdu

Millimiz yenə uduzdu
  14 Noyabr 2015    Oxunub:1694
Noyabrın 13-də 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirib.

Yığmamız Reqensburq şəhərindəki "Kontinental Arena"da Almaniya komandası ilə qarşılaşıb.

Bolqarıstanlı baş hakim Tsvetan Krastevin idarə etdiyi oyunda Almaniya millisi 3:1 hesabı ilə qalib gəlib.

Millimizə ilk turda səfərdə Farer adalarının yığmasına 1:0 hesabı ilə qalib gəldikdən sonra Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3) və Finlandiyaya (evdə 0:1) uduzmuşdu.


Teqlər:





Xəbər lenti