Nümayəndə heyətimiz AŞPA-nın yay sessiyasında

Nümayəndə heyətimiz AŞPA-nın yay sessiyasında
  24 İyun 2013    Oxunub:1010
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçirilir.
Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 24-dən 28-dək Strasburqda keçiriləcək.

AzVision.az xəbər verir ki, sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq proseduruna başlanması, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti