Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb

Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb
  22 İyun 2013    Oxunub:993
Qəza nəticəsində VAZ-21154 markalı avtomobilin sürücüsü Xəlilov Elşən aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
BDYPİ-dən AzVision.az-a verilən məlumata görə, dünən saat 21 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 53.5-ci km-də Oğuz rayonu Xətai küçəsi ev 28 ünvanında yaşayan 29.01.1957-ci il təvəllüdlü Məmmədov Qəhrəman Yadigar oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi MersedesBenz190 markalı 10 SE 702 qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Sumqayıt şəhəri Corat qəsəbəsi, ev 230 ünvanında yaşayan 18.06.1977-ci il təvəllüdlü Xəlilov Elşən Hafız oğlunun idarə etdiyi VAZ-21154 markalı 90 NZ 625 qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-21154 markalı avtomobilin sürücüsü Xəlilov Elşən aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Digər avtomobilin sürücüsü isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti