Azərbaycan ordusu hərbi parada hazırlaşır

Azərbaycan ordusu hərbi parada hazırlaşır
  21 İyun 2013    Oxunub:1152
Təlim məşq zamanı hərbi paradda iştirak edəcək şəxsi heyət və 100-dən yuxarı texnikanın keçidi olub.
Bu gün Bakının “Azadlıq” meydanında iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibəti ilə keçiriləcək hərbi paradın hazırlıq məşqi keçirilib. AzVision.az xəbər verir ki, səhər saatlarında ilk olaraq hərbi paradda iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrin texnikası keçid edib. Bu paradda xarici ölkələrdən alınan hərbi texnika ilə yanaşı yerli istehsal olan hərbi texnikalarda iştirak edib.

Bundan bir neçə saat sonra isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti tribuna önündən keçib. Şəxsi heyətin keçidinin ardınca isə paradda iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrin texnikası keçid edib. Bu keçiddə xeyli sayda tankda iştirak edib. Paradda iştirak edəcək şəxsi heyət hərbi orkestrin ifa etdiyi təntənəli marşla tribunanın önündən keçib.


Şəxsi heyətin təlim məşqi zamanı Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hərbi Təhsil Müəssisələrinin kursantları, Milli Təhlükəsizik Nazirliyinin Akademiyasının kursantları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının şəxsi heyəti, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Sərhəd Qoşunları şəxsi heyəti, Daxili Qoşunlar xüsusi təyinatları, Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri və Sülhməramlı Qüvvələri keçid edib.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti