Səhiyyə naziri vətəndaşlarla görüşüb

Səhiyyə naziri vətəndaşlarla görüşüb
  21 İyun 2013    Oxunub:1133
Nazir vətəndaşların problemlərini dinləyib
AzVision.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də Şirvan Müalicə-Diaqnostika Mərkəzində Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı nazir tərəfindən vətəndaşların müraciətləri dinlənilib, səhiyyə sahəsinə dair suallar cavablandırılıb. Bəzi müraciətlərlə əlaqədar səlahiyyətli strukturlara göstərişlər verilmiş və ya yerindəcə həll olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti