Qurbanov dünyanın ən yaxşı məşqçiləri sırasında

Qurbanov dünyanın ən yaxşı məşqçiləri sırasında
  30 Oktyabr 2015    Oxunub:2736
Dünyanın ən yaxşı baş məşqçilərinin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
AzVision.az
azərtac-a istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə yanaşı, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.

“Qarabağ”ın tarixində ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynayan Q.Qurbanov 1379 xalla 451-ci pillədə qərarlaşıb. O, bu göstəriciyə görə Henrik Larsson, Dik Advokat, Şota Arveladze, Ərtuğrul Sağlam, Tolunay Kafkaz, Covanni van Bronkxorts kimi tanınmış simaları qabaqlayır. Roman Qriqorçuk isə siyahıda 1126 xalla 534-cü pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı futbol məşqçiləri siyahısına ispaniyalı mütəxəssislər başçılıq edir. “Barselona”nın çalışdırıcısı Luis Enrike 18821 xalla birinci yerdədir.


Teqlər:  





Xəbər lenti