Nazir Əli Abbasov işdən çıxarıldı? - Açıqlama

Nazir Əli Abbasov işdən çıxarıldı? - Açıqlama
  29 Oktyabr 2015    Oxunub:10655
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yayılıb.
KİV-lərin yaydığı xəbərə görə, prezident İlham Əliyevin sərəncam ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub.

AzVision.az nazirliyin mətbuat xidmətilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb.

Nazirliyin mətbuat katibi Müşfiq Əmirov bildirib ki, yayılan məlumat doğru deyil: “Nazirlə indi danışdım. O hazırda iş başındadır. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər yalandır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti