AFFA “Neftçi”ni cəzalandırdı

AFFA “Neftçi”ni cəzalandırdı
  27 Oktyabr 2015    Oxunub:1431
Oktyabrın 27-də AFFA-nın İntizam Komitəsinin növbəti iclasında “Neftçi” və AZAL klublarının cəzalandırılması ilə bağlı qərarlar qəbul olunub.
AzVision.az xəbər verir ki, iclasda Premyer Liqanın IX turunda AZAL-“Neftçi” qarşılaşmasının 90+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Jairo Rodrigesin (“Neftçi”) bir oyunluq cəzalandırılması və klubun 200 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilib.

Komitənin digər qərarına əsasən IX turda AZAL və “Neftçi” komandalarının əvəzedici heyətləri arasında matçın 82-ci dəqiqəsində AZAL-ın futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb. AZAL klubu isə 100 manat məbləğində cərimələnib.


Teqlər:





Xəbər lenti