İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu
  25 Oktyabr 2015    Oxunub:1999
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək dünya çempionu adına layiq görülüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti