`Qarabağ` uduzdu
Azərbaycanı bu mötəbər turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu səfərdə Fransanın “Monako” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 70-ci dəqiqədə Lasina Traore vurub.
Bu qrupun digər oyununda Belçika “Anderlext”i evdə “Tottenhem”i (İngiltərə) 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, 3 oyundan sonra qrupa 5 xalla “Monako” başçılıq edir, “Anderlext” və “Tottenhem”in 4 xalı var. “Qarabağ” isə 3 xalla sonuncu pillədədir.
Bu, Avroliqada oynayan Azərbaycan klublarının gün ərizndə ikinci məğlubiyyədir. Bu gün "Qəbələ" Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubunu qəbul edib. Oyun alman klubunun qələbəsi ilə başa çatıb - 0:3.