AFFA futbolçunu müalicəyə göndərir

AFFA futbolçunu müalicəyə göndərir
  16 Oktyabr 2015    Oxunub:1563
Azərbaycan millisinin və "İnter" klubunun futbolçusu Rauf Əliyev Almaniyada əməliyyat olunacaq.
AzVision.az xəbər verir ki, 26 yaşlı hücumçunun müalicə xərcləri AFFA tərəfindən qarşılanacaq.

Qeyd edək ki, daha öncə yığmanın Malta ilə AVRO-2016-nın seçmə qrup matçında zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovu və 21 yaşadək futbolçulardan ibarət yığmada ikən Ağdam komandası ilə yoldaşlıq oyunu zamanı xəsarət alan "Neftçi"nin müdafiəçisi Məqsəd İsayevin müalicə xərclərini AFFA ödəyib.


Teqlər:





Xəbər lenti