“Qarabağ”da ciddi itki
AzVision.az-ın sportal.az-a istinadən məlumatına görə, komandanın aparıcı üzvü Dani Quintana sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi “Qəbələ” ilə yoxlama matçında əzələsini dartıb.
Onun 17 oktyabrda keçiriləcək Premyer Liqanın 9-cu turunda “Zirə” ilə oyunu buraxacağı bildirilir. Oktyabrın 22-də Avroliqanın qrup mərhələsində "Monako" ilə baş tutacaq oyunda iştirak edib-etməməsi isə sual altındadır.