Boksçumuz dünya çempionu oldu

Boksçumuz dünya çempionu oldu
  16 Oktyabr 2015    Oxunub:2799
Azərbaycan boksçusu Elvin Məmişzadə Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatının qalibi adını qazanıb.
Millimizin üzvü, birinci Avropa Oyunlarının çempionu Elvin Məmişzadə (52 kq) həlledici qarşılaşmada kubalı boksçu Yosbani Veitia ilə gərgin keçən döyüşdə böyük üstünlüklə qalib gəlib.

Qeyd edək ki, Elvin Məmişzadə oktyabrın 12-də finala yüksələrək “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti