UEFA “Qəbələ”yə qadağa qoydu
UEFA hələ "Qəbələ"nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə - sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununun "Bakcell Arena"da keçirilməsinə mane olmaq istəməyib.
Qeyd edək ki, "Qəbələ" Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə "qırmızı-qaralar" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin qonağı olacaq.