AMEA-da kadr dəyişikliyi

AMEA-da kadr dəyişikliyi
  14 Oktyabr 2015    Oxunub:2883
Azərbaycan Milli Elmlər Akademiyasında bəzi kadr dəyişiklikləri olub.
Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin bu gün keçirilən iclasında tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini təyin edilib. RH-nın qərarı ilə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeyin elmi katibi vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova muzeyin elmi fond işləri üzrə direktor müavini-baş mühafiz vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva isə muzeyin Ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini-ekspozisiyanın müdiri vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti