Millimiz uduzdu, Türkiyə finalda

Millimiz uduzdu, Türkiyə finalda
  14 Oktyabr 2015    Oxunub:2205
"Avro-2016"nın seçmə mərhələsinə yekun vurulub.
H qrupunda qərarlaşan Azərbaycan millisi qrupda son matçına çıxıb. Robert Prosineçkinin komandası səfərdə Bolqarıstanın qonağı olub. Bu görüş hər iki komanda üçün formal xarakteri daşıyırdı. Lakin yığmamız qalib gələcəyi təqdirdə Bolqarıstanı üstələyərək turnir cədvəlinin 4-cü pilləsinə yüksələcəkdi. Komandamız Bakıda olduğu kimi səfərdə də rəqibinə uduzub - 0:2.

Turnirin seçmə mərhələsinin sonuncu turu çərçivəsində Türkiyə millisi Konya Böyükşehir Belediyyesi stadionunda İslandiya yığmasını qonaq edib. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Türkiyə millisinin yer aldığı "A" qrupunda Çexiya səfərdə Hollandiyanı 3:2, Qazaxıstan futbolçuları isə Latviya kollektivini 1:0 hesabı ilə məğlub ediblər. Çexiya (22 xal) və İslandiya (20 xal) turnirin final mərhələsinə adlayıb.

"B" qrupunun görüşlərində isə Belçika millisi İsrailə 3:1, Uels kollektivi Andorraya 2:0, Bosniya və Herseqovina yığması isə Kiprə 3:2 hesabı ilə qalib gəlib. Hesabında 23 xal olan Belçika və 21 xalla Uels millisi turnirin final mərhələsinə adlayıb. Bosniya və Herseqovina yığması isə pley-off mərhələsində qüvvəsini sınayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti