Ronaldo `Qızıl buts` aldı

Ronaldo `Qızıl buts` aldı
  14 Oktyabr 2015    Oxunub:2488
"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo "qızıl buts" mükafatını alıb.
Bu gün bununla bağlı Madriddə tədbir keçirilib.

Tədbirdə mükafatı Ronaldoya “Real”ın prezideti Florentino Perez təqdim edib.

Qeyd edək ki, Ronaldo ötən mövsüm 48 qol vurmaqla Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan “Qızıl buts”a layiq görülüb. Bu siyahıda ikinci yeri 43 qolla Lionel Messi tutub.

Əlavə edək ki, Ronaldo bu mükafata dördüncü dəfədir layiq görülür. Bundan əvvəl ona bir dəfə “Mançester Yunayted”də, iki dəfə isə hazırkı klubu “Real”da vurduğu qollar sayəsində “Qızıl buts” verilib.


Teqlər:  





Xəbər lenti