Ermənilər Albaniyaya oyunu pulla satıb - ŞOK İDDİA

Ermənilər Albaniyaya oyunu pulla satıb - ŞOK İDDİA
  14 Oktyabr 2015    Oxunub:2562
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində son turun oyununda Albaniya yığması Ermənistan millisinin futbolçularını satın alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” və Albaniyanın “Opozita.com” nəşrləri yayıblar.

Məlumata əsasən, Ermənistan yığmasının 4 futbolçusu - 3 müdafiəçi və qapıçı - oyundan qabaq hər birinə 500 min avro pul alıblar. Futbolçuların adları açıqlanmır.

Xatırladaq ki, oktyabrın 11-da Yerevanda keçirilən matç albanların 3:0 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə Albaniya yığmasına I qrupunda Danimarkanı qabaqlayaraq 2-ci yeri tutdu və Avropa Çempionatına birbaşa vəsiqə qazandı. Bu qrupda ilk pillədə Portuqaliya millisi qərarlaşdı, Ermənistan isə cəmi 2 xal toplayaraq qrup sonuncusu oldu.


Teqlər:





Xəbər lenti