Hərbçi idmançılarımız dünya üçüncüsü oldu

Hərbçi idmançılarımız dünya üçüncüsü oldu
  05 Oktyabr 2015    Oxunub:1864
Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılardan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.

Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.

120 ölkədən 8 100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində iştirak edir.

Hərbi idmançılarımız boks yarışları ilə çempionata davam edəcək.


Teqlər:  





Xəbər lenti