Sponsorlardan Blatterə istefa çağırışı
“Coca-Cola” şirkətinin bəyanatında bildirilir: “FİFA-nın gündən-günə imici və reputasiyası zəifləyir. FİFA-ya təcili və hərtərəfli islahat lazımdır, bu isə yalnız tam və müstəqil yanaşma nəticəsində əldə oluna bilər.
Sonra istefa tələbinə “Visa” və “Budweiser” şirkətləri qoşulub. Təşkilatın yeni başçısının seçiləcəyi konqres 2016-ci il fevralın 26-da Sürixdə keçiriləcək.
1998-ci ildən etibarən FİFA-ya başçılıq edən Blatter mayın 29-da yeganə opponenti İordaniya şahzadəsi Əli Bin Əl-Hüseynə qalib gələrək yenidən beşinci müddətə seçilib. İyunun 2-də isə öz vəzifəsindən getməyini elan edib, çünki seçki öncəsi FİFA-nın yüksək vəzifəli məmurları ətrafında korrupsiya qalmaqalı yaşanıb.