Karate `Tokio 2020` Olimpiadasında
Beləliklə Tokio Olimpiadasının kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacaq. Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxacaq. Təsnifat yarışlarının qaydaları qarşıdakı dövrdə həll dəqiqləşdiriləcək. Bu qərar rəsmi olaraq 2016-cı ilin avqustunda MOK-un 129-cu sessiyasında açıqlanacaq.
Bu tarixi qərar münasibəti ilə Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos federasiyalara, o cülədən Azərbaycan Milli Karate Federasiyasına təbrik məktubu göndərib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün perspektivlərinə inandığını bildirmişdi.