`Qarabağ` yenə liderdir

`Qarabağ` yenə liderdir
  27 Sentyabr 2015    Oxunub:2182
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.
Son çempion “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib. Hazırda turnir cədvəlinə başçılıq edən Ağdam klubu paytaxt təmsilçisi ilə görüşün favoriti olsa da, rəqibini məğlub edə bilməyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Xal itkisinə baxmayaraq, “Qarabağ” klubu liderliyini davam etdirir. Ağdam təmsilçisi ən yaxın izləyicisi olan “Qəbələ”dən 1 xal irəlidədir. “Neftçi” klubu isə bu heç-heçə ilə xallarının sayını 9-a çatdırıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Cari mövsüm xal və qol üzünə həsrət qalan AZAL bu tur Sumqayıta səfər edib. Oyun 1:1 hesabı ilə başa çatıb.




Teqlər:





Xəbər lenti