“Qəbələ” və “İnter” qalib gəldi

“Qəbələ” və “İnter” qalib gəldi
  26 Sentyabr 2015    Oxunub:1845
Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.
İlk oyun günündə iki qarşılaşma keçirilib. “İnter” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma "İnter"in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Günün digər görüşündə “Rəvan” Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ”ni qəbul edib. Bu oyunda Roman Qriqorçukun komandası 3:0 hesabı ilə qalib gəlib.

Turun digər oyunları sentyabrın 26-27-də keçiriləcək.


Teqlər:





Xəbər lenti