`Qarabağ`ın yeni stadionu

`Qarabağ`ın yeni stadionu
  26 Sentyabr 2015    Oxunub:2547
"Qarabağ"ın ev oyunlarını keçirəcəyi Suraxanı qəsəbəsindəki stadionunun adı müəyyənləşib.
Stadionun adı "Azərsun Arena"dır. Tribunalardan birinin adı "İmarət", birinin "Azərçay", digərinin isə "Final" olacaq. Klub bu arenada ilk oyununu Azərbaycan Premyer Liqasının 6-cı turunda sentyabrın 26-ı-sabah "Neftçi"yə qarşı keçirəcək.

"Qarabağ" bundan sonra Azərbaycan Premyer Liqasında və Azərbaycan kubokunda bütün rəqiblərini "Azərsun Arena"da qəbul edəcək. "Qarabağ" bu mövsüm Avropa Liqasındakı ev oyunlarını isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


Teqlər:





Xəbər lenti