FİFA prezidentinə cinayət işi açıldı

FİFA prezidentinə cinayət işi açıldı
  26 Sentyabr 2015    Oxunub:4298
İsveçrə prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Yozef Blatter rəhbərlik etdiyi təşkilatın mənafeyinə zidd bir sıra maliyyə əməliyyatlarında, o cümlədən UEFA-nın rəhbəri Mişel Platiniyə FİFA-nın vəsaitindən qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir.

Cümə günü Y.Blatterin İsveçrə prokurorluğu tərəfindən dindirildiyi və FİFA prezidentinin ofisində axtarış aparıldığı bildirilir.


Teqlər:  





Xəbər lenti