Yeni baş məşqçi təqdim olundu

Yeni baş məşqçi təqdim olundu
  25 Sentyabr 2015    Oxunub:1950
Cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher bu gün ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, vitse-prezident Elnur Məmmədli də iştirak edib. Baş katib Elmar Babanlı baş məşqçi qarşısında konkret məqsəd qoyulmadığını bildirib və mütəxəssislə müqavilə şərtlərinə aydınlıq gətirib:

"Qarşıdan "Rio-2016" olimpiadası gəlir. Bu olimpiadadan sonra müqavilə müddəti haqda ətraflı danışa biləcəyik. Müqavilənin sonrakı müqəddaratı nəticələrdən asılı olmayacaq. Hamımızın məqsədi cüdonu inkişaf etdirməkdir".

Federasiya prezidenti Rövnəq Abdullayevin hədəflərinin olimpiadaya 7 lisenziya olduğunu qeyd edən E.Babanlı bildirib ki, hazırkı vəziyyətdə reytinq cədvəlinə əsasən Azərbaycanın 4 idmançının olimpiadada iştirakı gözlənilir və yerdə qalan lisenziya xalını da toplamaq mümkün olacaq.

Federasiyanın vitse-prezident Elnur Məmmədli komandanın 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya Oyunlarında nəticə qazanmaq üçün görülməli olan işlərdən danışıb. O bildirib ki, qalan 9 ay ərzində federasiya rəhbərliyi həkim və mütəxəssislər cəlb olunacaq: "Cüdo ailəsi olaraq əl-ələ verərək iş görəcəyik. İdmançı yarışdan öncə hər hansı bir xəstəlik keçirə və ya zədə ala bilər. Hansı idmançı məşqə ciddi yanaşır, hazırlaşırsa tatami üzərində o uğurlu olur".

Konfransda o da bildirilib ki, hazırda federasiyanın rəsmi saytının hazırlanması işləri gedir. Sayt hazır olduqdan sonra bütün məlumatlar orada yerləşdiriləcək.(report)


Teqlər:  





Xəbər lenti