1 oyunda 5 qol vuran futbolçular - SİYAHI

1 oyunda 5 qol vuran futbolçular - SİYAHI
  25 Sentyabr 2015    Oxunub:5098
“Bavariya”nın Bundesliqada 5 qol vuran hücumçusu Robert Lewandowski əvvəl penta-trik edən futbolçuların siyahısı açıqlanıb.
"Goal.com" saytınını yaydığı siyahıda Cristiano Ronaldo, Lionel Messi və Radamel Falkao kimi futbolçuların adları var.

"Real"ın ulduzu Cristiano Ronaldo bu il bu göstəriciyə iki dəfə imza atıb. Belə ki, futbolçu "Espanyol" və "Qranada" ilə oyunlarda rəqib qapılarına 5 top vurub.

Messi isə bunu 2012-ci ildə "Bayer" (Leverkuzen) ilə görüşdə edə bilib.

Amma qeyd edək ki, Lewandowski 5 qolu 9 dəqiqəyə vurub və bu Avropada yeni rekorddur.

Penta-trik edən futbolçuların siyahısı.

1. Cristiano Ronaldo - "Espanyol" - "Real" (Madrid) - 0:6 (2015)

2. Cristiano Ronaldo - "Real" (Madrid) - "Qranada" - 9:1 (2015)

3. Miroslav Klose - "Latsio" - "Bolonya" - 6:0 (2013)

4. Radamel Falcao - "Atletiko" (Madrid) - "Deportivo" - 6:0 (2012)

5. Lionel Messi - "Barselona" - "Bayer" (Leverkuzen) - 7:1 (2012)

6. Dimitar Berbatov - "Mançester Yunayted" - Blekbörn - 7:1 (2010)

7. Jermain Colin Defoe - "Tottenhem" - "Uiqan" - 9:1 (2009)

8. Fernando Morientes - "Real" (Madrid) - 7:0 (2002)

9. Alan Shearer - "Nyukasl" - "Şeffild Uenzdey" - 8:0 (1999)

10. Endi Koul - "Maneçster Yunayted" - "İpsviç Taun" - 9:0 (1995)

11. Fabrizio Ravanelli - "Yuventus" - CSKA (Sofiya) - 5:1 (1994)

12. Oleg Salenko - Rusiya - Kamerun - 6:1 (1994)

13. Jürgen Klinsmann - "Ştutqart" - "Fortuna Düsseldorf" - 7:0 (1986)

14. Sören Lerbi - "Ayaks" - "Omoniya" - 10:0 (1979)

15. Gerd Müller - "Bavariya" - "Tebe Berlin" - 9:0 (1976)


Teqlər:





Xəbər lenti