Ronaldu “Real”ı tərk edir

Ronaldu “Real”ı tərk edir
  23 Sentyabr 2015    Oxunub:2380
İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldu Madrid təmsilçinin tərk etmək niyyətindədir.
Bu barədə AzVision.az Xarici KİV-ə istinadən xəbər verir.

30 yaşlı futbolçunun agenti Jorje Mendeş artıq oyunçu üçün yeni komanda axtarışlarına da başlayıb. Məlumatda qeyd olunur ki, portuqaliyalı oyunçunun özü Fransa “PSJ”si və İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti” klublarına keçməkdə maraqlıdır.

Məlumata görə, Ronaldonun getmək istəməsinə səbəb "Real"ın Qaret Beyl ətrafında yeni komanda yaratmaq planlarıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti