`Kişilər mənə qəribə baxırdılar` - Futboldan danışan qız

`Kişilər mənə qəribə baxırdılar` - Futboldan danışan qız
  21 Sentyabr 2015    Oxunub:10210
Bu il Topaz Premyer Liqasının yayım hüququnu əldə edən CBC telekanalı yeniliyi ilə yadda qaldı.
Belə ki, telekanala xanım şərhçi cəlb olunub. Ötən gün baş tutan "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasında xanım şərhçi də ekranlarda görünüb.

Xanım şərhçi Səmra Əliyeva AzVision.az-a açıqlamasında bildirib ki, futbol şərhçisi olmaq inanılmaz bir hissdir.

`Hər zaman düşünürdüm ki, ölkəmizdə xanım şərhçini heç bir kanal qəbul etməz`.

Onun sözlərinə görə, CBC telekanalı bunun Azərbaycanda mümkün olacağını sübut etdi: “Doğrudur, şərhdən sonra tamaşaçılar tərəfindən təriflərlə yanaşı, tənqidlər də oldu. Amma bildirmək istəyirəm ki, mən bu sahədə yeniyəm. Öz üzərimdə bundan sonra da davamlı olaraq işləyəcəyəm. Tənqidlərdən isə mütləq olaraq nəticə çıxarmağa çalışacağam. Bəlkə də mən kamera qarşısında, şərh zamanı sıxılardım, amma bu kanalın çox professional əməkdaşları buna imkan yaratmadı. Onlar öz işini mükəmməl şəkildə görməyi bacardı. Mən isə ətrafdakı əks cinsin nümayəndələrinin qəribə baxışları altında matçda 3-cü şərhçi kimi çıxış etdim”.

Qeyd edək ki, Səmra Əliyeva eyni zamanda "Antenn Radio 101 FM"in əməkdaşıdır.



Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti