`Neftçi` bərabərə qaldı, `Qarabağ` qalib gəldi

`Neftçi` bərabərə qaldı, `Qarabağ` qalib gəldi
  21 Sentyabr 2015    Oxunub:1789
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Günün ilk qarşılaşması Gəncədə keçirilib Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olub. Ağdam təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanmaqla liderliyini qoruyub.

Turun maraqla gözlənilən görüşü paytaxtda keçirilib. Burada "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edib. Matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyən Araz Abdullayev 58-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Lakin "Xəzər Lənkəran"ın lideri Rahid Əmirquliyev iki dəqiqə sonra hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Premyer Liqada 5-ci tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.


Teqlər:





Xəbər lenti