Baş katib işdən çıxarıldı

Baş katib işdən çıxarıldı
  18 Sentyabr 2015    Oxunub:2083
Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Braziliyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Valke 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında qeyri-qanuni bilet satışı ilə məşğul olub. Bu fəaliyyəti nəticəsində baş katib 2 milyon avroya qədər pul qazanıb.

FİFA-nın saytında yerləşdirilən məlumatda deyilir ki, Valke dərhal tutduğu vəzifəsindən uzaqlaşdırılıb: "FİFA-nın baş katiblə bağlı olan bəzi şübhələr haqqında xəbəri var və o Etika komitəsini rəsmi araşdırma aparmağa çağırıb."


Teqlər:  





Xəbər lenti