Ermənilər Bakıda məğlub oldular

Ermənilər Bakıda məğlub oldular
  15 Sentyabr 2015    Oxunub:2246
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər.

Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb.

Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb.

Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.

Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.


Teqlər:





Xəbər lenti