Prosineçki ilə nə qədər qazanır? - Açıqlama

Prosineçki ilə nə qədər qazanır? - Açıqlama
  11 Sentyabr 2015    Oxunub:3056
"Xorvatiya yığmasının baş məşqçi vəzifəsində Robert Prosineçkini görmək istəyirlər. Ancaq onun Azərbaycan millisi ilə 2017-ci ilə qədər müqaviləsi var. Üstəlik sözləşməsinin müddətini 2020-ci ilə qədər uzada bilər".
AzVision.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker ölkəsinin mətbuatına açıqlamasında deyib.

Şuker Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında göstərilən yığmamızın çalışdırıcısı Robert

Prosineçkinin Azərbaycandakı işindən ayrılacağına inanmadığını bildirib:

"Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır. Bu məbləği biz ona verə bilmərik. Halbuki onun Xorvatiya yığmasında işləməsi üçün hər cür şərait var. Prosineçki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir. Lakin onun Azərbaycan millisindən ayrılaraq Zaqrebə gələcəyinə inanmıram. Bir sıra problemlər var. Əsas problem də maliyyə məsələsidir".

Qeyd edək ki, Xorvatiya Futbol Federasiyası dünən "Avro-2016"nın seçmə mərhələsinin son iki turunda uğursuz çıxış edən yığmanın baş məşqçisi Niko Kovaçla yolları ayırıb. Prosineçkinin adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, Azərbaycan yığmasından ayrılmağı düşünmədiyini açıqlayıb.


Teqlər:  





Xəbər lenti