Millimiz dörd pillə gerilədi

Millimiz dörd pillə gerilədi
  04 Sentyabr 2015    Oxunub:2056
FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Azərbaycan millisi yeni siyahıda 4 pillə geriləyib. Yığma komandamız hazırda 291 xalla 110-cu pillədə qərarlaşıb.

Avropa çempionatının(AÇ-2016) seçmə mərhələsindəki rəqiblərə gəlincə, onların göstəriciləri belədir: Xorvatiya (14-cü yer, 1037 xal), İtaliya (16, 1012), Bolqarıstan (68, 503), Norveç (69, 496) və Malta (160, 154).

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1442), Belçika (1269), Almaniya (1248), Kolumbiya (1224), Braziliya (1209), Portuqaliya (1186), Rumıniya (1176), Çili (1149), Uels (1146) və İngiltərə (1143).

Geridə qoyduğumuz ayın ən yaxşı komandası 17 pillə irəliləyən Fici yığmasıdır. Ən pis göstəriciyə isə Seyşel imza atıb - 7 pillə geri. Ötən ay 106-cı olan komandamız hazırda 291 xalla 110-cu pillədə qərarlaşıb. Ötən ay isə milli komandamız 302 reytinq xalı ilə 106-cı yerdə qərarlaşmışdır.


Teqlər:





Xəbər lenti