Dünya çempionatında 7 qadın güləşçimiz mübarizə aparacaq
Çempionatın proqramına əsasən, ilk olaraq 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Sentyabrın 8-də 59, 71, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, sentyabrın 9-da isə, 85 kq-da yunan-Roma, 48, 53 və 69 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 55, 58, 63 və 75 kq qadın, 65 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq. 60 kq çəkidə qadın, 61, 86 və 97 kq çəkidə sərbəst güləşçilər sentyabrın 10-da xalça üzərinə çıxacaq. Çempionatın son günündə isə, sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.
Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.
AzVision.az
Teqlər: